send link to app

Fit: Diyet və çəki bələdçisi


4.6 ( 3456 ratings )
Health & Fitness
Geliştirici: Fit LLC
ücretsiz

Fit - sizin sağlamlığınıza nəzarət edən mobil tətbiqdir. Biz artıq çəkidən azad olmaq üçün bütün prosesləri bir yerə topladıq, fərdi nəzarət tətbiq etdik, həmçinin xərcləri minimuma endirdik.
Fərdi yanaşma – Hər bir istifadəçi üçün cins, yaş, boy və çəki fərqinə görə fərdi proqram tərtib olunur. Proqram çərivəsində hədəflər müəyyən edilir və gündəlik tapşırıqlar verilir.
Qidalanma tövsiyələri – Qarşıya qoyulan qidalanma hədəflərindən ən vacibi gündəlik 2 litr maye qəbuludur. Proqram maye qəbulu tapşırığının tam yerinə yetirilməsinə ciddi nəzarət edir. Əgər bu yerinə yetirilməzsə gündəlik tapşırıq tamamlanmamış sayılır. Məqsədinizə daha tez çatmaq üçün proqramın tövsiyə etdiyi vacib 3 tələb – qidanızı balanslaşdırmaq, su içmək və yürüyüş etməkdir.
Gündəlik nəzarət – Səhər, günorta, axşam yeməkləri qeydləri və bir-birindən müxtəlif dietik reseptlərlə siz ucuz qiymətə öz qidalanmanızı proqramınıza uyğun edə biləcəksiniz. Gəzinti tapşırıqları ilə gündəlik gəzinti məlumatları sizin addımlarınızı saymaqla sizə bildirəcək. Həmçinin, tətbiq sizi məlumatlandırma xarakterli mütəmadi bildirişlər göndərir.
Çəki hesabatları – Çəki hesabatları vasitəsi ilə əldə olunan məlumatlar əsasında siz öz çəkinizə ciddi nəzarət edə biləcəksiniz.
Sürətləndirilmiş arıqlama proqramları, məsələn: Süd detoksu, Kələm şorbası detoksu və s.
Sağlamlığa zərər vermədən arıqlamağa kömək edəcək əsas qaydalar - qida rasionuna diqqət etmək, çoxlu su içmək, normal yuxu rejimi və hərəkətli həyat tərzidir, bunların hamısı “Fit” mobil tətbiqində var.